"Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst azarkeşlərin fəxr edəcəyi bir komanda yaratmaq istədiklərini deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, klubun YouTube kanalına müsahibəsində söz açıb.

Van Bronckhorst bildirib ki azarkeşlərin onun gəlişinə reaksiyası çox yaxşı olub: "Azarkeşlərin, klub işçilərinin və komandanın dürüstlüyünə hər zaman böyük əhəmiyyət vermişəm. İnanıram ki, burada yaxşı atmosfer, çox yaxşı komanda yaradacağıq. Ən yaxşı oyunumuzu oynamaq üçün azarkeşlərə ehtiyacımız əvəzsiz olacaq".

"Beşiktaş"ın heyətinə qatdığı futbolçular Rafa Silva və Qabriel Paulista ilə bağlı fikirlərini açıqlayan 49 yaşlı çalışdırıcının sözlərinə görə, Rafa Silva və Paulistanı komandaya təcrübə qatmaq üçün gətiriblər: "Onlar ən yüksək səviyyədə oynamış futbolçulardır. Onların təcrübələrini komanda ilə bölüşmələrini istəyirik. Transferlərimiz bunlarla bitməyəcək, davam edəəck.".

Fərid

MİA.AZ