Türkiyədə elektrik enerjisinin qiyməti qalxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Enerji Bazarı Tənzimləmə Qurumu məlumat yayıb.
Qurumun məlumatına əsasən, işıqpulu 38 faiz artırılıb: "Bununla da 100 kVt/saat elektrik enerjisi üçün 207,23 TL ödəniləcək. Artım iyulun 1-dən qüvvəyə minəcək".
Məlumatda o da deyilir ki, kənd təsərrüfatı fəaliyyətli abonent qrupu üzrə də artım qərarı verilib: "Bu sektorun işıqpulu isə 30 faiz qaldırılıb".
Zülfiyyə
MİA.AZ