Türkiyədə 4 şəhərdə İŞİD üzvləri tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açqılama verib.
O bildirib ki, Adana, Bursa, İstanbul və Manisada birgə kordinasiya ilə İŞİD üzvlüyündə şübhəli bilinənlərə qarşı uğurlu əməliyyat keçirilib: "Əməliyyatlar zamanı 28 nəfər tutulub. Onların iş və yaşayış yerlərində aparılan axtarışlarda böyük məbləğdə xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal material ələ keçirilib...".
Firudin Səfərli
MİA.AZ