Bu gün yerli avxtla saat 8.00-da İranda 14-cü dönəm prezident seçkiləri üçün səsverməyə start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 88 milyon əhalisi olan ölkədə 59 mindən çox mərkəzdə qurulan seçki qutularında 62 milyon seçici səs verəcək.
Bundan əlavə, ölkədən kənarda olan İran vətəndaşları 95 ölkədə yaradılmış seçki mərkəzlərində səsverməyə gələ biləcəklər.
Məlumata görə, İran lideri Ayətullah Əli Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyənin zalında səs verib.
Yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 18.00-da başa çatacaq, lakin lazım gələrsə, Daxili İşlər Nazirliyinə tabe olan Seçki Mərkəzinin qərarı ilə bu müddət uzadıla bilər.
Seçkilərdə islahatçı namizəd Məsud Pezeşkiyan, mühafizəkar namizədlər parlament sədri Məhəmməd Baqir Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili və keçmiş daxili işlər naziri Mustafa Purmuhammedi yarışır.
Mühafizəkar namizədlər Tehran meri Əli Rza Zəkani və əmir Hüseyn Qadizadəhaşimi “mühafizəkar qanadda birliyi təmin etmək üçün” seçkiyə saatlar qalmış namizədliklərini geri götürüblər.
Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar.
Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi ölkənin 9-cu prezident olacaq.
Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı açıqlanacağı və yekun nəticələrin sabah açıqlanacağı gözlənilir.
İranda prezident 4 il fəaliyyət göstərir və ardıcıl olaraq maksimum 2 dəfə seçilə bilər.
İran Tələbələri Araşdırma Agentliyinin iyunun 26-da ölkə üzrə 3589 nəfərlə üzbəüz keçirdiyi ictimai rəy sorğusunda Pezeşkian 33,1 faizlə birinci, Cəlili 28,8 faizlə ikinci olublar.
Sorğuya görə, Pezeşkiyan türk, kürd və bəluc vətəndaşlarının cəmləşdiyi bölgələrdə digər namizədlərdən daha yüksək səs toplayıb.
Firudin Səfərli
MİA.AZ