ABŞ Dövlət Departamenti ölkə ərazisində həbs olunan türkiyəli yazıçı və onun oğlunun geri təhvil verilməsi haqda sorğunu müsbət cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Departament Massaçusets Rayon Prokurorluğunun sorğuna cavabda İstanbulda ölümlə nəticələnən yol qəzasında şübhəli bilinən Timur və onu ölkəyə qaçırmaqda ittiham olunan anası, tanınmış yazıçı Eylem Tokun Türkiyəyə ekstradisiyasının məqsədəuyğun sayıb: "Dövlət Departamenti Türkiyənin ekstradisiya tələb etdiyi Eylem Tok və övladı haqda hər iki tələb 
iki ölkə arasında ekstradisiya müqaviləsinin tələblərinə uyğundur".

Xatırladaq ki, yazıçı və oğlu Bostonda saxlanılıb. Onların vəkili adıçəkilənlərin sərbəst buraxılması, o cümlədən Türkiyəyə təhvil verilməməsi haqda vəsatətlər veriblər. Lakin məhkəmə birinci tələbi rədd edib, ikinci tələblə bağlı Departamentə sorğu veirb.

Sorğuya cavab isə onların Türkiyəyə təhvil veriləcəyinə şübhə yolu qoymayıb.

Xatırladaq ki, məşhur yazıçı Eylem Tokun oğlu anasına məxsius "Porşe" ilə bu ilin martın 5-də İstanbulun Eyüpsultan rayonunda yolda xarab olduğu üçün dayanan ATV-ni və yanındakı 5 nəfəri vurub. Qəzadan dərhal sonra ana 17 yaşlı oğlunu hadisə yerindən götürüb, əvvəl Misirə, oradan isə ABŞ-a qaçıblar. Onlarda ABŞ pasportiu da var.

Onu da qeyd edək ki, qəza zamanı bir nəfər ölüb, 4 nəfər isə yaralanılb.

Ləman

MİA.AZ