"Qəzza əhalisinin təcili tibbi yardıma ehtiyacı var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatı (UNRWA) verib.
Təşkilat qeyd edib ki, ciddi dərman və yanacaq çatışmazlığı Qəzzada yaralıların xilas edilmə imkanlarını məhdudlaşdırır: "Yardımın bölgəyə təhlükəsiz və davamlı şəkildə çatması üçün daha çox gözləmək mümkün deyil. Qəzza xalqının təcili sağlamlıq xidmətlərinə ehtiyacı var. UNRWA-ya bağlı sağlamlıq mərkəzlərinin yalnız kiçik bir hissəsində dərmanlar var, o da tükənmək üzrədir...".
Fələstin Qızıl Ayparadan isə bildirilib ki, Qəzzada 18 təcili yardım maşını yanacaq çatışmazlığı səbəbindən xidmətə yolana bilmir.
Tahir Şəlvəli
MİA.AZ