Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Suriya ilə Türkiyə arasında münasibətlərin qaydaya salınması və dialoqun başlanması müzakirə olunub.

Türkiyə mətbuatı yazır ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin şimalında - Zeytun dalı əməliyyat bölgəsində PKK terrorçuları ilə mübarizə aparantürk əsgərlərinin varlığına toxunub və bunun Suriyanın suverenliyini pozduğunu bildirib: "Əgər ölkənin suverenliyi Türkiyə tərəfindən birməanlı qəbul olunursa, o zaman Suriya-Türkiyə münasibətləri ilə bağlı bütün təşəbbüslərə açığıq".

Lavrentiev isə Türkiyə-Suriya münasibətlərinin  qadaya düşməsini mühüm sayıb: "Hesab edirəm ki, bizim vasitəçiliyimizin daha uğurlu olması üçün indi daha əlverişli vəziyyət yaranıb. Bəli, şərtlər hər zamankindən daha uyğundur. Rusiya danışıqların irəliləməsi üçün tərəflərlə daha sıx işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır”. 

Tahir Şəlvəli

MİA.AZ