Bu gün Avropa çempionatının F qrupunda son turun oyunları keçirilib.
Mia.az xəbər verir ki, azərbaycanlıların da böyük maraq göstərdiyi Çexiya - Türkiyə matçında qardaş ölkə futbolçuları qalib gəlib - 2:1.
51-ci dəqiqədə Hakan Çalhanoğlunun qoluna 10 nəfərlə oynayan çexlər 66-cı dəqiqədə Tomaş Suçekin qolu ilə cavab veriblər.
90+4-də Genk Tossun qələbə qolunu vurub və oyun bu hesabla bitib - 2:1.
Qrupun digər oyununda isə Gürcüstan yığması gözlənilmədən Portuqaliyaya qalib gəlib - 2:0
Bu nəticələrdən sonra Portuqaliya və Türkiyə 6 xalla 1 və 2-ci yerin sahibləri kimi 1/8-ə yüksəliblər.
Gürcüstan yığması isə 4 xalla 3-cü yeri tutub və növbət mərhələyə vəsiqə qazanıb.
Çexiya isə yarışla vidalaşıb.
Türkiyə 1/8-də Avstriya ilə qarşılaşacaq.
Fərid Aslan
MİA.AZ