"Qalatasaray"'ın təcrübəli futbolçusu Vilfrid Zahanın yenidən İngiltərə Premyer Liqasınadönməsi günü-gündən reallaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vilfrid Zaha İngiltərə Premyer Liqa komandalarından "Kristal Pelas", "Vest Hem" və "Vulverhempton"un radarına düşüb.

Məlumata görə, ingilis komandalarının Zahanın transfer haqqı ilə aylıq maaşını aşağı endirməyə çalışırlar: "Qalatasaray" isə Zaha üçün bəlli məbləğ müəyynləşdirib. Əgər arzulanan pulu təklif edən olsa, İstanbul klubu bu transferə yaşıl işıq yandıracaq...".

Xatırladaq ki, ötən mövsüm "Qalatasaray"da 30 matçda forma geyinən 31 yaşlı futbolçu 9 qol vurub, 3 məhsuldar ötürmə edib. 

Fil Dişi Sahilli ulduz futbolçunun sarı-qırmızılı komanda ilə 2026-cı ilə müqaviləsi var.

Fərid Aslan

MİA.AZ