Bu gün Avropa çempionatının E qrupundun son oyunları keçirlib.
Mia.az xəbər verir ki, eyni saatda başlayan oyunlarda Slovakiya ilə Rumıniya görüşü bərabərə bitib - 1:1.
24-cü dəqiqədə Ondrey Dudanın vurduğu qola rumınlar 37-ci dəqiqədə Razvan Marin penalti zərbəsi ilə cavab veriblər.
Qrupun digər oyununda isə Ukrayna yığması Belçika milliləri ilə görüşdən "dişsiz" ayrılıb.
Oyun 0-0 bitib.
Bu nəticələrdən sonra qrupdakı 4 komandanın hər biri 4 xal toplasa da, rımınlar ən çox qol atan kimi birinci, belçikalılar 2-ci, slovakiylar isə 3-cü pilləni tuitaraq 1/8-ə yüksəliblər. Ukrayna isə 4 xala sahib olsa da, sonuncu yerin sahibi kimi turnirə tərk edib.
Fərid
MİA.AZ