Bu gün AVRO-2024-də 1/8 final mərhələsində İngiltərə millisi Slovakiyanı sınağa çəkib.
Mia.az xəbər verir ki, türkiyəli hakim Halil Umud Melerin idarə etdiyi oyunun 25-ci dəqiqəsində slovakiyalı İvan Şrants də hesabı açıb - 0:1.
İngilislər bu qolla 90+5-ci dəqiqədə Cud Bellingemun aşırmça zərbəsi ilə cavab verərək, oyunu uzatmalara daşıyıblar.
1:1 bitənə sas vaxta əlavə edilmiş 30 dəqiqəlik uzatmanın elə ilk dəqiqəsində Harri Keyn İngiltərə millisinin növbəti qoluna imza atıb.
Qalan dəqiqələrdə hesab dəyişməyib. Və ingilislər bununla a 1/4-ə vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərə yığması iyulun 6-da1/4 finalda İsveçrə ilə oynayacaq.
Fərid
MİA.AZ