Prezident Ərdoğan sabah Bakı vaxtilə saat 17.00-da MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Aparatının Kommunikasiya Direktoru Fahrettin Altun açıqlama yayıb.
O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə Prezident Külliyesinde görüşəcək.
Türkiyə mətbuatı yazır ki, keçmiş Ülkü Ocakları sədri Sinan Ateşin məhkəməsindən (proeses iyulun 1-də başlayacaq - Mia.az) əvvəl tərəflərin bir araya gəlməsi böyük maraq doğurur.
Xatırladaq ki, bu qətl və məhkəmə prosesi Cumhur ittifaqının iki güclü qollu olan AKP ilə MHP arasında çat yaradıb...
Samir Musayev
MİA.AZ