ABŞ ordusu Suriyanın Həsəkə vilayətindəki hərbi bazasına əlavə hərbi qüvvə göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.
Məlumata görə, ABŞ əsgərlərini daşıyan Bradley tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Hasəkənin Kasrek kəndindəki hərbi bazaya artıq yetişib: "Karvana yanacaq tankerləri, tibbi ləvazimat və sursatla yüklənmiş hərbi maşınlar daxil olub".
Xatırladaq ki, PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində bir çox baza və hərbi məntəqələrdə sahibdir.
Zülfiyyə
MİA.AZ