"İsrail hökuməti Ramallahda Fələstin idarəçiliyinə son qoymaqla işğalı yenidən şaxələndirməyə və bizi yox etməyi planlayıb"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının (FAT) İordan çayının qərb sahilində işğal altında olan Ramallah şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasındakı çıxışda bəyan edib.

Mahmud Abbas iddia edib ki, İsrailin həm Qəzza zolağında, həm də işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi amansız hücumların miqyasının geniuşliyi və Fələstin hökuməti adından toplanan vergiləriə İsrailin "əl qoyması" mkrli planın tərkib hissəsidir: "Təl-Əvivin Fələstin adına toplanan vergiləri müsadirə etmək istiqamətində atdığı addımlar və üstəlik Ramallah daxil, digər şhərlərdə də həddi aşan əməlləri İsrail hökumətinin Fələstinin qanuni idarəçiliyinə son qoyulması, fələstinlilərin bütün hüquqlarının əlindən alınması ilə bağlı bəyanatlarla üst-üstə düşür. Bəli, İsrail bizi yoa etmək istəyir. Bütün planları da budur"

Xatırladaq ki, ötən gün İsrailin maliyyə naziri Bezalel Smotriç rəhbərlik etdiyi Dini Sionizm Partiyasının iclasında İsrailin İordan çayının qərb sahilindəki işğalının genişlənməsinin vacibliyi haqda bəyanatı səslənib. O bildirib ki, bu bölgə tamamilə İsrailin idarəçilyinə keçməlidir: "Bu, bizim üçün hıyati məsələdir".

Samir Musayev

MİA.AZ