İsrail Qəzza zolağında Xan Yunus şəhərinə ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Xan Yunus şəhərinin şərqindəki Beni Süheyla qovşağına bir qrup Fələstin vətəndaşına havadan zərbə endirilib: "Nəticədə 7 mülki şəxs həlak olub, 22 nəfər isə yaralanıb. Yaralılar Nasser xəstəxanasına yerləşdirilib..."
Nazirlik əlavə edib ki, bununla da ötən ilin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlar nəticəsində 37626 fələstinli həyatını itirib, 86098 nəfər isə yaralanıb.
Zülfiyyə
MİA.AZ