"İsrail ordusu İordan çayının qərb sahilini tədricən ilhaq etməyi planlayıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi Josep Borrell Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlamasında deyib.
Borrel xəbərdarlıq edib ki, nazirlərlə Qəzzadadakı vəziyyəti müzakirə ediblər: "Vəziyyət bütün üzv ölkələr üçün ciddi narahatlıq doğurur. Təbii ki, humanitar yardımların Qəzzaya daxil olması üçün təzyiqlərimizi davam etdirməliyik, lakin atəşkəs olmadan bu, rahat olmayacaq".
Aİ rəsmisi bildirib ki, oiradakı savaşın bölgədə yayılma riski çox böyükdür: "İsrail və Livan münasibətləri böyük savaşın astanasındadır. Biz bu iki dövlət arasında ABŞ və Fransanın münaqişənin qarşısını almaq üçün fəal vasitəçilik səylərini dəstəkləyirik. Təəssüf ki, Aİ-nin Qəzza ilə bağlı ortaq bir mövqeyi yoxdur...".
Tahir Şəlvəli
MİA.AZ