Türk kinosunun "Çirkin Kralı"nın həyatından film çəkilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk kinosunun "Çirkin Kralı" ləqəbi ilə məşhurlaşan mərhum aktyor Yılmaz Güneyin həyatından bəıhs edən filmlə bağlı hazırlıqlar başlayıb.

Məlumata görə, fillmdə aktyorun həyatını İsmayıl Hacıoğlu canlandıracaq.

Film mərhum aktyorun həyat yoldaşı Fatoş Güneyin onun  həyatından bəhs edən “Camları Kırın, Kuşlar Kurtulsun" adlı kitabı əsasəlnda ssenariləşdiriləcək.

Məlumata görə, filmin gələn il efirə çıxacağı planlanıb.

Ləman

MİA.AZ