REAL Partiyasının icra katibi Natiq Cəfərli parlament seçkilərində namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb.
Mia.az-ın məlumatına görə, o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, seçkiyə 33 saylı Xətai Birinci seçki dairəsindən qatılacaq:
"REAL-ın Gənclər Komitəsi ilkin araşdırmalar aparıb və sorğular keçirib. Sağ olsunlar, böyük bir iş gördülər. Mənim 3 dəfə namizəd olduğum 12 saylı seçki dairəsinin əhatəsi tamamiylə dəyişdirilib. Bu səbəbdən həmin dairədən namizəd olmağın mənası qalmır”.
Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində 33 saylı Xətai Birinci seçki dairəsindən Hüseynbala Mirələmov 47.1 faiz səs toplayaraq lider namizəd idi. Buna baxmayaraq, 33 seçkilərin nəticələri ləğv edilmişdi. Sözü gedən dairə 4 ildir ki, boşdur.
Mia.az