Deputat Mahir Abbaszadənin rəhbəri oldu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Sus yaşayış məntəqəsində tikinti işləri ilə bağlı 9 tenderə yekun vurub.
Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibləri ilə toplamda 14 140 098 manat dəyərində müqavilələr imzalanıb.
Tenderləri sayca ən çox udan şirkət “Rabitəinşaat” ASC olub. Sözügedən şirkət 4 tenderin qalibi olub və ümumilikdə 9 807 851 manat dəyərində sifariş alıb.
Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Tarix |
1 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi |
“Fibernet-Telecom” MMC |
292 065 AZN |
12.06.2024
|
2 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi |
“Helind Enerji” MMC |
687 712 AZN |
12.06.2024 |
3 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə ticarət binasının tikintisi |
“Turan İ.O.” MMC |
319 335 AZN |
12.06.2024 |
4 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 132 şagird yerlik məktəb binasının tikintisi |
“Turan İ.O.” MMC |
2 707 750 AZN |
12.06.2024 |
5 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə market binasının tikintisi |
“Turan İ.O.” MMC |
325 385 AZN |
12.06.2024 |
6 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi |
“Rabitəinşaat” ASC |
619 698 AZN |
12.06.2024 |
7 |
Laçın rayonunun Sus yaşayış məntəqəsinin sahədaxili elektrik təchizatı |
“Rabitəinşaat” ASC |
1 425 841 AZN |
12.06.2024 |
8 |
Laçın rayonunun Sus yaşayış məntəqəsinin sahədaxili qaz təchizatı |
“Rabitəinşaat” ASC |
352 247 AZN |
12.06.2024
|
9 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri |
“Rabitəinşaat” ASC |
7 410 065 AZN |
12.06.2024
|