Bu gün Avropa çempionatının A qrupunun 1/8-ə çıxan komandaları bəllli olub.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 23.00-da qrup lideri Almaniya İsveçrəni, Macarıstan isə Şotlandiyanı sınağa çəkib.

Almanlar İsveçrə ilə oyunun 28-ci dəqiqəsində hesabda geri düşsələrdə, 90+2-ci dəqiqədə Niklas Fullkruqun başla zərbəsi ilə hesabat atrazılıq gətiriblər - 1:1.

Bu bərabərlikdən sonra Almaniya 7 xalla, İsveçrə isə 5 xalla  1/8 finalına yüksəlib.

Qrupun digər oyununda isə Şotlandiya son dəqiqədə Macarıstana (0:1) məğlub olaraq 1 xalla yarışla vidalaşıb. Macarısatan isə 3 xala 3-cü yeri tutub...

Fərid ASLAN

MİA.AZ