AVRO-2024 F qrupunun üçüncü və sonuncu oyununda Çexiya ilə qarşılaşacaq Türkiyə yığmasının oyununun hakimi bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunun baş hakimi rumıniyalı hakim İştvan Kovaç olacaq.
UEFA-dan verilən açıqlamaya görə, Volkspark stadionunda Bakı avxtilə saat 23.00-da başlayacaq matçda Kovaçın köməkçiləri eyni ölkədən Vasile Marinesku və Ovidiu Artene olacaq.
Matçın dördüncü hakimi isə Norveç Futbol Federasiyasından Espen Eskas təyin edilib.
Polşalı Tomas Kviatkovski matçda VAR xidmətini üzərinə götürəcək.
Fərid
MİA.AZ