Bu gün AVRO-2024-də Türkiyə millisi Portuqaliya ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, türkiyəli futbolçular gözləniləndən çox zəif çıxış ediblər.
Portuqlaiya millisi 21-ci dəqiqədə Bernardu Silvanın qolu ilə hesabı açıb - 0:1.
29-cu dəqiqədə isə Samet Akaydın avoqola imza atıb - 0:2.
56-cı dəqiqədə portuqlaiyalı Brunu Fernandeş oyunda hesaba son nöqtəni qoyub - 0:3.
Bu qələbə ilə Portuqaliya yığması 6 xalla 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə, Gürcüstan və Çexiya yığmaları isə hərəyə bir xalla 3 və 4-c üyerləri bölüşürlər.
Son turda Türkiyə Çexiya ilə, Portqulaya isə Gürcüstanla oynayacaq.
Fərid
MİA.AZ