26 iyunda Avropa Çempionatı F qrupunun üçüncü və son oyununda Türkiyə ilə qrupdan çıxmaq uğurunda "döyüş"ə çıxacaq Çexiya millisi böyük itki ilə üzləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən oyunda zədə alan çexiyalı hücumçu Patrik Şik Türkiyəyə qarşı oynaya bilməyəcək. 

Məlumata görə, təcrübəli hücumçunun Gürcüstanla oyunda aldığı zədə ciddidir: "Həkimlər ona oyuna çıxmamaq haqda rəy veriblər".

Xatırladaq ki, o, Çexiyanın  Gürcüstanla oyundakı yeganı bərabərlik qoluna imza atmışdı.

Qeyd edək ki, iyunun 26-da oynanılacaq Çexiya-Türkiyə oyunu Bakı avxtilə saat 23:00-da başlayacaq. 

Türkiyə hazırda qrupda 3 xala sahibdir, Çexiya isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Fərid Aslan

MİA.AZ