“Qərb Kiyev administrasiyasından Rusiyaya qarşı istifadə edir və bu, eyni zamanda, KTMT ölkələri üçün təhlükə yaradır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın Almatı şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ukrayna məsələsi KTMT ölkələri üçün təhlükədir”, - ifadəsini təkrarlayan Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə atəşkəs üçün ölkəsinin şərtlərini ötən həftə açıqlayıb: "Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarmalı və NATO-ya üzv olmaq istəyindən əl çəkərəsə, Kiyevlə danışıqlar başlayacaq. Bu təklif hazırkı reallığa tam uyğundur".

NATO-nun Avrasiya regionu ilə bağlı yanaşması ahqda suala cavab verən Lavrov iddia edib ki, hazırkı mövqe Avrasiyanın təhlükəsizliyinə təhdiddir: "Ümumiyyətlə, NATO-nun aqressiv yanaşması sərhədləri aşıb..."

Ermənistanın KTMT-dən çıxma ehtimalına toxunan Lavrov bildirib ki, İrəvanın belə bir müraciəti yoxdur: "Ona görə görüşdə məsələ müzakirə olunmayıb".

Samir Musayev

MİA.AZ