Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Mia.az-ın məlumatına görə, Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.
Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir.
Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.
O bildirib ki, seçkilərə qatılmayacaq: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”.
Qeyd edək ki, Anar Rzayev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı kimi fəaliyyət göstərib.