Türkiyə ordusu İraqda yenə şəhid verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çavuş Mehmet Əli Horozun Pəncə-Kilit Hərəkatı bölgəsində aparılan axtarış-tədqiqat əməliyyatı zamanı terrorçularla başlayan atışmada şəhid olub: "Allah rəhmət eləsin. Şəhidin ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik".
Məlumatda o da deyilir ki, atışma zamanı 3 terrorçu da məhv edilib.
Firudin Səfərli
MİA.AZ