Bu gün Əli İnsanovun rəhbəri olduğu Haqq Ədalət Partiyasının (HƏP) bir qrup üzvü istefa verib. 

Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, partiyanın Şərur rayon Təşkilatının rəhbəri və 25 nəfər üzv bununla bağlı açıqlama yayıblar.

Təşkilatın rəhbəri Elgün Eyvazlı bildirib ki, bu gündən etibarən o, vəzifəsindən gedir. “Sədri oldugum Haqq Ədalət Partiyasının Şərur rayon təşkilatının sədri vəzifəsindən istefa verirəm. Mənə etimad edib,HƏP sıralarına qoşulmuş 25 nəfər də, mənimlə birlikdə istefa verib”.