Rusiya prezidenti Putin Şimali Koreyada mühüm mesajlar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Kim Çen Inla keçirdiyi mətbuat konfransında ölkəsinin Şimali Koreya ilə əlaqələrinin inkilafından söz açıb.

Putin deyib ki, Rusiya Şimali Koreya daxil olmaqla, dünyanın istənilən ölkəsinə istədiyi qədər silah satmaq və ya göndərməkdə sərbəstdir: "Bu, bizim haqqımız, hüququmuzdur: "Ölkələrimiz əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdarıdır. İşbirliyimiz iqtisadi qurumlar, parlamentlər, təhlükəsizlik qüvvələri, xarici siyasət səviyyəsində davam edir. Şimali Koreya ilə ticarət həcmi keçən il 9 dəfə, bu ilin ilk 5 ayında isə 54 faiz artıb. Mən burada cənab prezidentlə konstruktiv danışıqlar apardım. Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə Rusiya-Şimali Koreya əlaqələrinin uzunmüddətli perspektivdə dərinləşdirilməsinə dair geniş miqyaslı məqsədləri ehtiva edir. Bunlar siyasət, ticarət, mədəniyyət və humanitar yardım sahələri ilə yanaşı, təhlükəsizlik sahəsinə də aiddir".

Rusiya lideri daha sonra ABŞ-ı Koreya yarımadasında sülh və sabitliyi pozmaqda ittiham edib.

Lamiyə Əhmədli

MİA.AZ