“Araz-Naxçıvan” daha bir oyunçu alıb.
Klubdan bildirilib ki, Turan Vəlizadə ilə bir il müddətinə yeni müqavilə imzalanıb.
23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.
MİA.AZ