Mərkəzi Afrika Respublikasının (CAR) Ouaka bölgəsində həbsxanada iğtişaş baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bambari şəhərinin mərkəzi həbsxanasında xəstə məhbusun ölümündən sonra ara qarışıb.
İğtişaşlara müdaxilə edən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 məhbus həyatını itirib, çox sayda yaralı var.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumatda qeyd olunur ki, əksəriyyəti müstəmləkə dövrünə aid olan CAR həbsxanaları ağır şəraiti və tutumuna görə tez-tez məhbus ölümlərinə səbəb olur.
Onu da qeyd edək ki, Mərkəzi Afrika Respublikası 6 ölkə - Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Konqo Respublikası ilə həmsərhəddir. Ölkənin dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir.
Firudin Səfərli
MİA.AZ