Türkiyədə “Kıyma” serialının çəkiliş meydançasına silahlı basqın edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Kartal rayonunda Blu TV-də yayıma başlayan "Kıyma" serialının çəkiliş meydançasına naməlum şəxs bəlli olmayan səbəbdən atəş açmağa başlayıb.
Türkiyə mətbuatı yazır ki, atışdən yayınmağa çalışan serialın "Cenqo"su - aktyor Cengizhan Yurdutek özünü skamya arxasına atsa da, güllələrdən biri ona tuş gəlib: "Güllə onun başını sıyırıb..."
Məlumata görə, serialın çəkiliş heyətinə 5 güllə sıxan şəxs qaçaraq ərazidən uzaqlaşa bilib: "Hazırda o, axtarılır...".
Ləman
MİA.AZ