İsrailin xarici işlər naziri Yisrael Katz İrana qarşı müharibəyə çaırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə sosuial media heabında açıqlama verib.

Xarici işlər naziri ABŞ dövlət katibi Entoni Blinkeni, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu, Almaniyanın xarici işlər naziri Annalena Baerboku və Fransanın xarici işlər naziri Stefan Sejournenin profillərini paylaşımına tağ edərək, "Hizbullah" Hərəkatının baş katibi Həsən Nəsrullahın dünən Cənubi Kipri hücumla təhdid etdiyini xatırladıb: "Biz çox gec olmadan İranı dərhal dayandırmalıyıq. Çünki artıq İranın raketləri Avropa ölkələrini və bütün azad dünyanı daha açıq təhdid etməyə başlayıb".

Xatırladaq ki, Nəsrullah İsrailin Livana mümkün hücumu zamanı Cənubi Kiprin hava limanları və hərbi bazalarından istifadə edəcəyinə dair kəşfiyyat məlumatı aldıqlarını iddia edib: "Əgər belə bir vəziyyət olarsa, o zaman Cənubi Kiprin ölkəmizə hücumu rəsmi xarakter alacaq. Bu isə bizə qanuni cavab haqqqı tanıyacaq..."

Firudin Səfərli

MİA.AZ