COP29-un uğur əldə etməsi üçün texnoloji inkişafda böyük uğurlar qazanmış ölkələrlə əməkdaşlıq əlaqələri qurmaq lazımdır.
Bunu Qırğızıstanın keçmiş Baş naziri Comart Otorbayev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.
Onun sözlərinə görə, texnoloji inkişaf sahəsində ən inkişaf etmiş ölkələrdən biri də Çindir:
“Azərbaycanın prioriteti enerji bazarı deyil, elm və innovasiyadır. COP29-da iştirak etmək üçün çoxlu çinli qonağı cəlb etmək məqsədəuyğun olardı”./Report