Qərbi Afrika ölkəsi Nigeriya terror qrupları ilə mübarizədə effektli ola bilmir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən silahlı terror qruplaşmaları Benue və Kaduna əyalətlərinə növbəti hücum ediblər.

Məlumata görə, hər iki bölgəyə hücumda ümumilikdə 12 nəfər həyatını itirib, onlarla adam ya yaralanıb, ya da qaçırılıblar: "Bölgədə xeyli yerlər yağmalanıb, terrorçular əsasən ərzaq məhsulları aparıblar...".

Xəbərdə o da deyilir ki, qaçırılanların hamısı qadınlardır.

Qeyd olunub ki, Nigeriya hökuməti son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISVAP kimi terror qruplarına qarşı effektli mübarizə aparmaq üçün təcili silahlanmaya başlayıb.

Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Abubakar bildirib ki, ölkəsi bu ilin sonunadək 24 M-346 döyüş təyyarəsi, 12 AW109 çoxməqsədli helikopter və bir cüt Casa-295 nəqliyyat təyyarəsi alacaq: "Bu, bizə son illərdə şimal-qərb və mərkəzi əyalətlərinə qana bulayan terrorçulara və silahlı dəstələrə qarşı hücumlarda böyük dəstək olacaq".

Samir Musayev

MİA.AZ