İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində dinc sakinləri növbəti dəfə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 11 dinc sakin həlak olub, 25 nəfər yaralanıb.
Fələstin mediası yazır ki, İsrail ordusuna aid döyüş təyyarələri bununla yanaşı, Rəfah şəhərinin şərqində Səlahəddin küçəsindəki bir neçə evi də vurub: "Burada da ölən və yaralananlar var. Lakin onların sayını hələ tam dəqiqləşdirmək mümkün olmayıb...".
Firudin Səfərli
MİA.AZ