Cənubi Koreyada əhalinin artımı kəskin azalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə hökumət azalan doğum halları ilə əlaqədar olaraq ffövqəladə vəziyyət elan edib.
Cənubi Koreya prezidenti Yoon Suk bildirib ki, ölkədə doğum hallarının sürətlə azalması ölkənin gələcəyini təhlükə altına alır: "Təəssüf ki, qocalan əhalin sayına nisbətdə yeni doğulan körpələrin sayı çox ciddi şəkildə aşağı düşüb. Hökumət aşağı doğum nisbəti ilə mübarizə məqsədi ilə tədbirlər planı hazırlayacaq. Əhalini çoxuşaqlılığa təşviq etmək mütləqdir. Bu gün rəsmi olaraq demoqrafik vəziyyət elədir ki, fövqəladə vəziyyət elan etməkdən başqa yol qalmayıb və bunu elan edirəm. Biz vəziyyət düzələnə qədər hərtərəfli təşviqi sürətləndirəcəyik. İlk növbədə çoxuşaqlı ailələr üçün münbit iş, uşaqlara qayğının yaxşılaşdırılması məqsədiylə sosail güzəştlər və mənzil təminatı mexanizmini təkmilləşdirəcəyik".
Firudin Səfərli
MİA.AZ