"Çin qanunsuz ələ keçirdiyi silah və avadanlıqları geri verməli və gəmimizə vurulan zərər dərhal ödəməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri iyunun 17-də Çin və Filippin gəmilərinin toqquşması nəticəsində yaralanan dənizçiyə bu gün medal verilməsi mərasimində çıxış edən Filippin Baş Qərargah rəisi general Romeo Bravner deyib.

O, Cənubi Çin dənizində baş verən hadisə zamanı çinlilərin böyük bıçaq, dəyənək və çəkiclərlə Filippin təchizat gəmisinə basqın edərək həm gəmidə olan 8 avtomat silahı və digər avadanlıqları ələ keçirdiklərini, həm də gəmiyə çoxsaylı zərbələr endirməklə, ona böyük zərər verildiyini bildirib: "Çin əsgərlərinin Filippin gəmisinə qanunsuz daxil olaraq etidikləri quldurluqdur. Onlar bizim əsgərlərimizi də yaralayıblar. Savaş çıxmasın deyə bizim hərbçilər səbrli davranıblar. Lakin bu o demək deyil ki, Çin istədiyini edə bilər..."

Çin isə baş verən hadisələrə görə Filippini günahlandırıb. 

ABŞ və Böyük Britaniya hökumətləri isə ayrı-ayrı yaydıqları bəyanatlarda Pekin rəhbərliyini özbaşınalıqda ittiham ediblər.

Firudin Səfərli

MİA.AZ