İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər.

Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı./Report