Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin sərhəd bölgəsində yerləşən hərbi obyektlərinə yenidən zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" Hərəkatının Livan mediasında bəyanatı yayılıb.

Bildirilib ki, Livana aid olan, lakin İsrailin işğalı altında olan Kəfr Şuba təpəsindəki Ramsa və əl-Smaki hərbi mövqeləri idarə olunan raketlə vurulub: "İsrail əsgərlərinin toplanma nöqtələri olan Hale Varde bölgəsi və Metula qəsəbəsinə də raketlərlə zərbələr endirib. Hər iki hal üzrə İsrail ordusu itkilər verib".

Livanın NNA agentliyi yazıb ki, İsrail ordusunun Deyr Mimas və Kfarkilla qəsəbələri arasındakı ərazini artilleriya atəşinə tutub.

İsrail KAN dövlət televiziyası isə bildirib ki, Livandan Avivim qəsəbəsinə 2 ədəd idarə olunan raketin atılıb: "Ölən və ya yaralanan olmasa da, yanğın olub. Yanğın qısa müddətə nəzarətə alınaraq söndürülüb..."

Zülfiyyə

MİA.AZ