"CHP sədri cənab Özgür Özəlin Cumhur İttifaqının birlik və bütövlüyündə problem olduğunu düşünməsi əbəsdir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, b sözləri Prezident Ərdoğanın lideri olduğu AK Partiya sözçüsü Ömər Çelik deyib.
O bildirib ki, CHP sədrinin ittifaq üzvü olan partiyaları ortaq adlandırması da sayğız münasibətdir: "Cumhur İttifaqı güclü birliklə yoluna davam edir".
Xatırladaq ki, Ərdoğanın CHP-yə getməsindən sonra MHP lideri Baxçalının açıqlamaları ittifaqın dağılmasının başlancığı kimi yozulur. Özgür Özəl də bunu nəzərə alaraq, Baxçalıya "gəl, bizim ittifaqa" deyə çağırış edib.
Lamiyə Əhmədli
MİA.AZ