"Nüvə silahı istisna olmaqla, digər bütün silahları Qərbə qarşı çıxan ölkələrə verməliyik".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev bildirib.
O, "Telegram" kanalında ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarını "topa tutub": "Biz buna necə reaksiya verə bilərik? Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vuraq. Onlar (Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələri nəzərdə tutur - Mia.az) düşmənlərini silahlandıracağımızdan qorxurlarmı? Hələlik biz Qərbin düşmənlərinə nüvə silahı istisna olmaqla, qalan bütün mümkün silah növlərini verməliyik...".
Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi dünən Rusiyanın təxminən 300 fiziki və hüquqi şəxsinə də sanksiya tətbiq eləyib.
Samir Musayev
MİA.AZ