İYİ Partiyası Çanaqqala Millət vəkili Rıdvan Uzun sabiq partiya lideri Merak Akşenerin Ərdoğanla görüşməsindən partiya qərargahlarında olan bütün şəkillərinin yığışdırılmasını tələb etməsinə cavab gecikməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meral Akşener bu tələbi eşidər-eşitməz keçmiş partiyasına ultumativ xarakterli məktub yollayıb.

Akşenerin İYİ Partiyasına yolladığı məktubundakı imza yerinə “keçmiş daxili işlər naziri” qeydini yazması isə böyük maraq doğurub.

O, məktubunda partiya ilə bütün izlərinin silinməsini tələıb edib. Bunun üçünsə qərargahlara asılmış bütün fotolarının götürülməsini istəyib.

Meral Akşenerin müzakirə mövzusu olan məktubunun surətini aşağıda oldiuğu kimi təqdim edirik:

Lamiyə Əhmədli

MİA.AZ