İsrail əsgərləri İordan çayının qərb sahilində bu gün də həbsləri davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,bu barədə məlumatı Fələstin Məhbuslar Dərnəyi yayuıb.

Məlumata əsasən, israilli hərbçilər bu gün səhərdən Nablus, Salfit, Qalkilya, Cenin və Hebron şəhərlərindəki fələstinlilərə məxsus evlərə səbəb olmadan qanunsuz basqınlar həyata keçiriblər: "Bu basqınlar zamanı hərbçilər 12 fələstinli həbs edəərk, özləri ilə aparıblar. Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qərb Sahilində tutulan mülki şəxsləörin sayı 9 min 185-ə çatıb".

Onu da qeyd edək ki, Qəzzadan kənarda yerlşən bu bölgədə 7 oktyabr 2023-cü ildən bəri 534 fələstinli öldürülüb.

Tahir Şəlvəli

MİA.AZ