Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır.

"Sputnik-Armeniya" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Praktiki addımlarla real sülhü formalaşdırmaq mümkündür. Sonra da sülh sazişi imzalamaq olar. Amma sülh sazişi istənilən halda imzalanmalıdır”, - baş nazir parlamentdə jurnalistlərə bildirib(Report).