MHP lideri Dövlət Baxçalı dünən Prezident Ərdoğanla CHP lideri Özgür Özəlin görüşündən əvvəl diqqətçəkən paylaşım eidb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, onun həmin günü Türkiyə Böyük Millət Məclisində çıxış edərkən çəkilmiş şəklini "İnstaqram" sosial şəbəkəsində paylaşaraq, yazdığı mesaj ölkənin siyasi gündəmində aktuallıq qazanıb.
Türkiyə mətbuatı yazır ki, MHP lideri barmağında firuzə daşlı üzüyün fotosunu paylaşaraq yazıb: “Allah mənə yetər"
Bu paylaşımın prezident Rəcəb Tayyib Ərdoğanın CHP-nin qərargahına səfərindən təxminən 3 saat əvvəl olması isə siyasi düşərgədə Cumhur İttifaqında çatlar yaranması haqda iddiların ortaya çıxmasına səbəb olub.
Xatırladaq ki, Qurani-Kərimin “Tövbə” surəsinin 129-cu ayəsində “Allah mənə yetər” ifadəsi yazılıb.
Firudin Səfərli
MİA.AZ