ABŞ Norveçə 1,94 milyard dollarlıq raket satır
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri ABŞ Dövlət Departamenti təsdiqləyib.
Departamentdən bildirilib ki, Norveçə təxminən 1,94 milyard dollar dəyərində qabaqcıl orta mənzilli hava-hava raketləri və digər hərbi texnika satışına "yaşıl işıq" yandırılıb.
ABŞ Müdafiə Nazirliyi də (Pentaqon) belə bir anlaşmanınolduğu haqda açıqlama verib: "Norveçə 300 ədəd "AIM-120C-8" Orta mənzilli Hava-Hava raketi, 20 raket yönləndirmə sistemi və digər hərbi texnika tezliklə göndəriləcək".
Xəbərdə o da deyilir ki, bu satış Norveçin hazırda malik olduğu raketləri ən son versiyalarla əvəz etməklə cari və gələcək təhlükələrə cavab vermək qabiliyyətini artıracaq.
Zülfiyyə
MİA.AZ