Xarici işlər naziri Hakan Fidan BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Moskvada Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəbulda prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Putinə çatdıran Fidan iki ölkə arasında əlaqələr yüksələn xətlə davam etdiyini qabardıb: "Ukrayna məsələsində bütün mümkün vasitəçilik fəaliyyətlərini davam etdirmək əzmindəyik. İki lider olaraq Suriya ilə bağlı irəli sürdüyünüz sabitlik siyasətini davam etdirmək üçün əlimizdən gələni edirik".

Putin isə bildirib ki, Türkiyənin BRİKS-in iclasına qatılması təqdirəlayiqdir: "Türkiyə Respublikası ilə əlaqələrin möhkəmə və inkişafını alqışlayırıq. Təbii ki, bütün inkişaflar dostum Türkiyə prezidenti Ərdoğanın liderliyi və birbaşa dəstəyi ilə baş verir".

Ötən il artıma baxmayaraq bu il iki ölkənin ticarət həcmində azalma olduğuna diqqət çəkən Putinin sözlərinə görə, bunun əsas səbəbi ixrac və idxal olunan malların qiyməti ilə əlaqəli ollub: "Əminəm ki, bu vəziyyəti kompensasiya edəcəyik".

Ukrayna böhranına toxunan Putin daha sonra qeyd edib ki, Türkiyənin vasitəçilik səylərini yüksək dəyərləndirilir: "Türkiyəli dostlarımızın böhran vəziyyətlərinin, o cümlədən Ukrayna böhranının həllinə töhfə vermək əzmini alqışlayırıq. Danışıqlar prosesinə verdiyiniz dəstəyə və Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün İstanbul platformasını təqdim etdiyinizə görə sizə təşəkkür edirəm. Bundan əlavə, 22 iyul 2022-ci ildə İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında Taxıl Dəhlizi Sazişinin imzalanmasında Ərdoğanın mühüm rol oynadı. Təəssüf ki, müqavilə uzadılmadı və bu, bizim təqsirimiz olmadı. Biz bu təşəbbüsü dəstəklədik. Amma təəssüflər olsun ki, Ukrayna tərəfi son anda bu təklifi rədd etdi. Buna baxmayaraq, Türkiyə Respublikasının bu istiqamətdəki bütün təşəbbüslərini diqqətlə və böyük hörmətlə qiymətləndiririk. Sizinlə bu kontekstdə əlaqə saxlamaqda davam edəcəyik.

Rusiya və Türkiyənin Suriya böhranının həllində mühüm rol oynadığını söyləyən Vladimir Putin, “Astana formatının qorunub saxlanması, terrorla mübarizə, bu istiqamətdə vəziyyətin normallaşması üçün üzərimizə düşəni etməkdə qərarlıyıq"

Putin daha sonra Hakan Fidana Prezident Ərdoğana ən xoş arzularını çatdırmağı istəyib: "Bildiyim qədəriylə iyulun 3-4-də beynəlxalq bir tədbir çərçivəsində Ərdoğan Astanaya gələcək və orada onunla görüşmək fürsətimiz olacaq...".

Lamiyə Əhmədli

MİA.AZ