İsrail Qəzzada xeyli evləri bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə əksəriyyəti uşaq olan ən azı 12 fələstinli həyatını itirib, yaralılar var.

Məlumata görə, bundan başqa, İsrail döyüş təyyarələri Qəzza şəhərinin Ed-Derac məhəlləsində Aşur ailəsinə aid bir evi vurub: "Burada dağıntılar altında 8 nəfər qlaıb, onların cəsədini çıxarmaq mümkün olmayıb."

Fələstinin Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya hücumları nəticəsində ən az 15 min 517 uşaq və 10 min 279 qadın olmaqla 37 min 124 fələstinli həlak olub, 84712 nəfər isə yaralanıb: "Hələ də dağıntılar altında 8 minə yaxın insan cəsədi qalıb..."

Tahir Şəlvəli

MİA.AZ