"Türkiyəni küncə sıxışdırıb tələyə salmaq istəyirlər. ABŞ çox vahim oyun oynayır".
 
Mia.az
Türkiyə mətbuatına istinadla xəbər ki, bu sözləri Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqının üzvü, MHP lideri Dövlət Baxçalı deyib.

O, parlament fraksiyası üzvləri ilə görüşdə bildirib ki, hazırda bölgədə çox təhlükıli proseslər gedir: "Biz min ildir Anadolu coğrafiyasında varıq. Varlığımız güclənəcəık, nəyin bahasına olursa olsun, qorunacaq. Biz geosiyasi qol güləşinə daxil olan hökmranlıq uğrunda mübarizədən xəbərdarıq. Qəlbimizdə Allah inancı, taleyimizdə millətin iradəsi, arxamızda şəhidlərimizin xatirəsi, həyatımızda lider ölkə Türkiyə arzusu ilə davamlı olaraq əzmlə addımlayırıq. Son vaxtlar ölkəmizə qarşı təhdidlər spiralının irəlilədiyini, təxribatların sürətləndiyini görürük. Türkiyəni hədəfə çevirmək istəyənlərə güzəştə getməyəcəyik. Əksi olarsa, millətimizin üzünə baxa bilmərik.

Türkiyəni əhatə edən xain mühasirə yeni mövqelər qazandıqca, qlobal güclərın təzyiqi böyüyür. Suriyanın parçalanmasını hədəfləyən imperialist plan həyata keçirilir. Onlar öz şər kampaniyalarını gücləndirdilər. Əsl hədəf Türkiyəmizdir, yaxın hədəf son vətənimizdir. Milli təhlükəsizliyimiz təhdid və təhlükələrlə sınaqdan keçirilir. Enerjisini Türkiyəyə düşmənçilikdən alan dağıdıcı mexanizm aktivdir. Məqsəd Türkiyəni küncə sıxışdırıb tələyə salmaqdır. Onu hər cür müdaxilələrə açıq vəziyyətə gətirməkdir. Bu çirkin ssenarinin içimizdəki qolu CHP-nin taşeronudur. DEM, zatən, hazır gözləyən bölücü təşkilatdır. ABŞ dəhşətli nəticələri olan bir oyun oynayır. ABŞ PKK-nın işğal etdiyi əraziləri muxtar administrasiya kimi tanıyır. Suriya bölündü, amma biz bunu eşitmədikmi? Onların torpaqları bölünüb, bizim bundan xəbərimiz yoxdur?".

Firudin Səfərli

MİA.AZ