İYİ Partiyasının keçmiş başqanı Meral Akşenerin prezident Ərdoğanla 1,5 saatlıq qapalı görüşü hələ də Türkiyə siyasətinin əsas müzakirə mövzusudur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, görüşün detalları indi-indi mediaya sızdırılır.

Məlumata görə, görüşdə Akşenerə Prezident yardımçısı vəzifəsi əsla təklif olunmayıb: "Belə bir söhbət, ümumiyyətlə, görüşdə keçməyib. Sadəcə, Ərdoğan ondan "Sizcə, biz niyə bələdiyyə seçksində uduzduq" deyə soruşub. Akşener isə məğlubiyyəti iqtisadi böhran, təqaüdçülərin problemləri, aşağı gəlirlər, yoxsuluqla əlaqələndirib, öz təkliflərini verib...".

Yeri gəlmişkən, Akşener dünən Ankaradakı Beştəpə sarayına yaxın ofis icarəyə götürüb.

Lamiyə Əhmədli

MİA.AZ